Modern.az

Sarkisyana qarşı irəli sürülən ittiham AÇIQLANDI

Sarkisyana qarşı irəli sürülən ittiham AÇIQLANDI

Dünya

22 Noyabr 2021, 22:50

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusi külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, Sarkisyana qarşı önləyici tədbir kimi başqa yerə getməmək seçilib.

 

Sabiq dövlət başçısının vəkili Amram Makinyan bildirib ki, Sarkisyan 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edən sahibkar Silva Hambardzumyanın işi üzrə məsuliyyətə cəlb edilib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...