Modern.az

TƏBİB-in yeni departament müdiri kimdir?

TƏBİB-in yeni departament müdiri kimdir?

Aktual

23 Noyabr 2021, 15:22

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə ələqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsinə hələ ki təyinat yoxdur.

 

Bunu Modern.az-a açıqlamasında TƏBİB rəsmisi Elnarə Baxışova bildirib.

 

E.Baxışova deyib ki, A.Əliyeva yeni vəzifəyə təyin olunduğundan, TƏBİB-dəki vəzifəsindən azad edilib.

 

 

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclasında Agentliyin icraçı direktoru vəzifəsinə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək, A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu