Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi yazıb.
Agentlik iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik edəcəyini qeyd edib..
İclasda yeni növ koronavirus (COVID-19)ilə mübarizədə İslam bankçılığının rolu müzakirə ediləcək.
İclasda İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq.
Qeyd edək ki 1984-cü ildən hər il toplanan komitə İslam ölkələrinin inkişaf problemlərinin həllini tapmağı qarşısına məqsəd qoyub.
Akif İsmayılov