Modern.az

Bolqarıstanda seçkilərin nəticələri açıqlandı

Bolqarıstanda seçkilərin nəticələri açıqlandı

23 Noyabr 2021, 21:27

Bolqarıstanın hazırkı Prezidenti Rumen Radev yenidən ölkənin dövlət başçısı seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

 

Seçkilərin nəticələrinə görə, İliyana Yotovanın ölkənin vitse-prezidenti vəzifəsinə seçildiyini elan edib.

 

Radev cənub bölgəsindəki Kırcali bölgəsi istisna olmaqla, Bolqarıstanın bütün bölgələrində qalib gəlib.

 

Bundan əvvəl Bolqarıstan MSK noyabrın 21-də keçirilən səsvermənin ikinci turunun yekun nəticələrini açıqlayıb. Seçicilərin 66,72 faizi (1 milyon 539 min 650 nəfər) Radevə, 31,8 faizi (733 min 791 nəfər) isə ən yüksək dövlət postuna ikinci namizəd, Sofiya Universitetinin rektoru Anastas Gerdjikova səs verib. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal