Modern.az

Pauell yenidən FED sədri oldu

Pauell yenidən FED sədri oldu

23 Noyabr 2021, 21:52

ABŞ Prezidenti Co Bayden Cerom Pauelli ikinci müddətə Federal Ehtiyatlar Sisteminin (FED) sədri vəzifəsinə təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Pauell koronavirus pandemiyası ilə əlaqədar iqtisadi fəallığın bərpasına və iqtisadi tənəzzülün nəticələrinin aradan qaldırılmasına yönəlmiş tədbirlər görülməsində mühüm rol oynayıb.

 

Baydenin 68 yaşlı Pauelli ABŞ-ın iqtisadi siyasətini müəyyən edən ən mühüm vəzifələrdən birinə təkrarən təyin etməsi maliyyə bazarlarında və Vaşinqtonun siyasi dairələrində spekulyasiyalara son qoyub. Pauellin təkrarən bu vəzifəyə təyin edilməsi maliyyə bazarlarında müsbət qarşılanıb, bazar ertəsi satışın başlanğıcında ABŞ-ın bütün əsas fond indeksləri kəskin şəkildə artıb. 

 

Pauell hər iki partiyanın dəstəyini qazanıb və Senatda yenə təsdiqlənəcəyi gözlənilir. Dörd il bundan əvvəl Pauellin təyinatına səs vermiş 84 Konqres üzvündən 68-i hələ də öz vəzifəsindədir.

 

Pauell Federal Ehtiyatlar Sisteminin şura üzvlüyünə ilk dəfə 10 il bundan əvvəl, digər demokrat Prezident Barak Obama tərəfindən təyin edilmişdi. Prezident Tramp Pauelli FES-in sədri təyin etdi. Bütövlükdə ABŞ-ın iqtisadi siyasətini müəyyən edən direktorlar şurasını tam heyətdə formalaşdırmaq üçün Bayden daha 3 vakant vəzifəyə məmurları təyin etməlidir. Baydenin sözlərinə görə, son 10 ay ərzində amerikalıların işə qayıtması, ölkə iqtisadiyyatının fəallığının və inkişafının bərpa edilməsi üçün mühüm irəliləyiş olub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal