Modern.az

Almaniyada məcburi peyvəndləmə müzakirəsi

Almaniyada məcburi peyvəndləmə müzakirəsi

23 Noyabr 2021, 22:51

Almaniyada yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizədə peyvənd məcburiyyətinin tətbiq edilib-edilməməsi müzakirə edilir.

 

Modern.az xəbər verir ki, Almaniya hökuməti epidemiyanın başlamasından və COVID-19-a qarşı peyvəndin hazırlanmasından sonra ölkədə peyvənd məcburiyyəti tətbiq etməyəcəyinə söz versə də, yoluxmaların sayının və xəstəxanaların doluluğunun artması fonunda peyvənd zərurəti gündəmdədir.

 

Kansler Angela Merkelin keçən həftə regionların baş nazirləri ilə görüşü zamanı baş nazirləri ondan riskli qruplarla təmasda olan səhiyyə işçilərinə peyvənd məcburiyyəti tətbiq etmək üçün qanun layihəsi hazırlamağı xahiş edib.

 

Mövcud vəziyyətdən narahat olanlar bunun kifayət etməyəcəyini və ümumi peyvənd məcburiyyətinin tətbiq edilməli olduğunu iddia edir.

 

“Deutschlandfunk” radiosuna verdiyi açıqlamada Almaniyanın Səhiyyə naziri Yens Span peyvənd məcburiyyətinin təsirinin dərhal görünə bilməyəcəyini bildirib.

 

“Peyvənd məcburiyyətinin tətbiqi ilə epidemiyada bu dalğanı yara bilmərik. Bunun təsiri çox gec ortaya çıxır. İndi təmasları azaltmaq lazımdır”, - deyə o qeyd edib.

 

Müzakirələrə qatılan hüquqşünaslar isə peyvənd zərurətinin konstitusiyaya uyğun ola biləcəyini bildiriblər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal