Modern.az

Planetin ən yaşlı insanı vəfat etdi

Planetin ən yaşlı insanı vəfat etdi

24 Noyabr 2021, 00:14

Filippində dünyanın ən yaşlı insanı hesab edilən 124 yaşlı Françiska Susano vəfat edib.

 

Modern.az xəbər verir ki, onun ölüm səbəbi açıqlanmayıb.

 

Yerli səhiyyə idarəsi yaşlı qadında virus xəstəliyinin heç bir əlamətinin olmadığını bildirib.

 

Vurğulanıb ki, mərhumun planetin ən yaşlı insanı statusu rəsmi olaraq Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənib. Susano 11 sentyabr 1897-ci ildə anadan olub.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal