Modern.az

Liviyada 98 nəfər prezident olmaq istəyir

Liviyada 98 nəfər prezident olmaq istəyir

23 Noyabr 2021, 23:22

Liviyada gələn ay keçirilməsi planlaşdırılan prezident seçkiləri üçün 98 nəfər namizədliyini irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Liviya Yüksək Seçki Komissiyasına istinadən məlumat yayıb.

 

24 dekabrda keçiriləcək prezident seçkiləri üçün müraciətlərin 22 noyabr bazar ertəsi günü başa çatacağı bildirilir.

 

Liviyada gələn ay keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyini açıqlayanlar arasında Milli Birlik Hökumətinin (UBH) baş naziri Əbdülhəmid Dibeybe kimi tanınmış adlarla yanaşı, devrilmiş lider Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi və ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Haftar kimi simalar da var.

 

Bir neçə gün əvvəl paytaxt Tripolidə Seyfulislam Qəddafi və Xəlifə Haftarın namizədliyinə etiraz edilib.

 

Xatırıladaq ki, BMT-nin rəhbərlik etdiyi Siyasi Dialoq Forumunun 2020-ci ilin noyabrında keçirilən iclaslarında Liviyada parlament və prezident seçkilərinin dekabrın 24-də keçirilməsi qərara alınıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal