Modern.az

Ukrayna ABŞ raketlərindən istifadə edib?

Ukrayna ABŞ raketlərindən istifadə edib?

23 Noyabr 2021, 22:38

Ukrayna ordusu Donbasda ABŞ-dan alınan “Javelin” tank əleyhinə idarəolunan raket kompleksindən istifadə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Ali Radasının deputatı, müdafiə sənayesi və texniki modernləşdirmə üzrə alt komitənin rəhbəri İqor Kopıtin təsdiqləyib. 

 

O, kompleksin nə vaxt və harada istifadə olunduğunu açıqlamaq hüququnun olmadığını bildirib.

 

Ukraynalı qeyd edib, Kiyev həm Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarından, həm də “Javelin” kompleksindən istifadə edərək öz torpaqlarını müdafiə etmək hüququna malikdir. 

 

“Bizim öz torpağımızı müdafiə etmək hüququmuz var”, - deyə Kopıtin “Facebook”da yazıb.

 

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, artıq rus qoşunlarına qarşı “Javelin”lərdən istifadə olunub. 

 

Daha sonra "Ukraynskaya prvavda" qəzeti Ukrayna Birləşmiş Qüvvələrin mətbuat xidmətinin rəhbəri Yaroslav Melnıçuka istinadən yazıb ki, ABŞ-ın Ukraynaya hərbi yardım paketi çərçivəsində verdiyi “Javelin” hələ (ATGM) Donbasda tətbiq edilməyib.

 

2018-ci ilin yazında ABŞ Kiyevə dəyəri 47 milyon dollar olan 37 kompleks və 210 raketdən ibarət “Javelin”in ilk partiyasını təhvil verib. Sistemlərin ikinci partiyasını, eləcə də digər avadanlıq və sursatları Ukrayna 2020-ci ilin yayında alıb. 2021-2022-ci illər üçün digər hərbi təyinatlı malların, o cümlədən “Javelin” raketlərinin tədarükü nəzərdə tutulur.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal