“Amazon” və “Apple” 200 milyon cərimələndiİtaliyanın Rəqabət Təşkilatı (Antitrust) ABŞ-da yerləşən “Amazon” satış platformasını və “Apple” texnologiya şirkətini bazarda rəqabət qaydalarını pozduqlarına görə ümumilikdə 203,2 milyon avro məbləğində cərimələyib.
Modern.az xəbər verir ki, bu barədə Təşkilatın mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bu cəzanın “Apple” və “Beats” markalarının məhsullarını satan satıcılara “amazon.it” saytında qarşılaşdıqları məhdudiyyətlər səbəbilə verildiyi bildirilib.
İtaliya Rəqabət Qurumunun araşdırmasında bildirilib ki, “Apple” və “Beats” yalnız müəyyən satıcılara “amazon.it” saytında satış imkanı verir ki, bu da Avropa Birliyinin qaydalarına ziddir.
“Amazon”u 68,7 milyon avro və “Apple” şirkətini 134,5 milyon avro cərimələyən İtaliya Rəqabət Təşkilatı, həmçinin şirkətlərə “amazon.it”də ayrı-seçkilik xarakterli məhdudiyyətlərə son qoymağı tapşırıb.
“Amazon” sözügedən cəzanın ədalətsiz olduğu və buna etiraz ediləcəyi bildirib.
Akif İsmayılov