Modern.az

Küçədə tapılan körpənin səhhəti ilə bağlı AÇIQLAMA

Küçədə tapılan körpənin səhhəti ilə bağlı AÇIQLAMA

Aktual

24 Noyabr 2021, 12:00

Kliniki Tibbi Mərkəzin tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilən 14 günlük atılmış körpənin vəziyyəti yaxşılaşıb.

Mərkəzdən Modern.az-a verilən açıqlamada bildirilib ki, gətirilərkən vəziyyəti orta-ağır olan körpə, həkimlərimizin səyi nəticəsində sağalmaq üzrədir.

Körpənin vəziyyəti tam yaxşılaşdıqdan yenidən 1 saylı Körpələr Evinə qaytarılacaq.

Qeyd edək ki, uşaq Nəsimi rayonundakı yaşayış binalarından birinin giriş qapısının qarşısında tapılaraq 1 saylı Körpələr Evinə yerləşdirilsə də, səhhətində müəyyən problemlər olduğundan noyabrın 21-də 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?