Böyük Britaniyanın səhiyyə naziri Səcid Cavid ölkədə 6 milyona yaxın xəstənin müalicə üçün gözlədiyini bildirib.
Modern.az xarici KİV- ə istinadən xəbər verir ki, nazir ölkədə koronavirus epidemiyasının başladığı 2020-ci ilin mart ayında 4,24 milyon olan xəstə sayının 2020-ci ilin iyul ayından etibarən hər ay artıdığını qeyd edib.
2021-ci ilin sentyabr ayından isə 5,83 milyona çatan bu rəqəmin daha da artacağı gözlənilir.
Bundan əlavə, nazir hökumətin 2025-ci ilə qədər 6000 həkim işə götürə bilməyəcəyini qeyd edib.