Modern.az

Avstraliya bu təşkilatları terrorçu kimi TANIDI

Avstraliya bu təşkilatları terrorçu kimi TANIDI

Dünya

24 Noyabr 2021, 20:22

Avstraliya “The Base” adlı neonasist təşkilatı və Livanın islamçı siyasi partiyası və silahlı qruplaşması olan Hizbullahı terror təşkilatları kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

2018-ci ildə yaradılmış “The Base” irqçi təşkilatının və Hizbullahın üzvü olmaqda təqsirli bilinən hər kəs 25 ilə qədər həbs edilə bilər.

 

“Avstraliyada zorakı ekstremizmə qətiyyən yer yoxdur. Günahsız insanların öldürülməsinə haqq qazandıra biləcək heç bir dini və ya ideoloji səbəb yoxdur”, - deyə Daxili İşlər naziri Karen Endryus Kanberrada jurnalistlərə bildirib.

 

Hizbullahın Avstraliyada aktiv deyil, ancaq digər təşkilatın Avstraliyada nümayəndələri var.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal