Almaniyada hökumət qurmaq üçün danışıqlar aparan Sosial Demokrat Partiyası (SDP), Yaşıllar və Azad Demokrat Partiyası (ADP) koalisiya danışıqlarını üçün son dəfə görüşəcəklər.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Xəbər Agentliyinin (DPA) məlumat yayıb.
Xəbərdə, görüşdən sonra partiya liderləri və baş nazirliyə namizəd Olaf Şolzun razılaşdırılmış koalisiya protokolunu ictimaiyyətə açıqlayacağı bildirilib.
Beləliklə, sentyabrın 26-da keçirilən ümumi seçkilərdən 59 gün sonra partiyaların qırmızı-sarı-yaşıl rənglərinə görə ictimaiyyətdə “işıqfor koalisiyası” kimi tanınan yeni hökumətin qurulmasının yolu açılıb.
Sentyabrın sonunda SDP, Yaşıllar və ADP arasında ilkin danışıqlara başlanılıb və oktyabrın 21-də hazırlanan ortaq mətn əsasında birbaşa koalisiya danışıqlarına başlanılacağı və yeni kabinetin yaradılmasının planlaşdırıldığı açıqlanıb.
Bu prosesin dekabrın 5-dək başa çatdırılması nəzərdə tutulur. Dekabrın 5-12-də SDP-dən, hazırda maliyyə naziri olan Olaf Şolzun Bundestaqda baş nazir seçiləcəyi və yeni kabinetin formalaşacağı gözlənilir.
Sentyabrın 26-da keçirilən ümumi seçkilərdə SDP 25,7% səslə birinci olub.
Akif İsmayılov