Modern.az

“Ən yaxşı elektron dövlət xidməti” olan nazirliklər seçildi - SİYAHI

“Ən yaxşı elektron dövlət xidməti” olan nazirliklər seçildi - SİYAHI

5 Dekabr 2012, 14:15

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə nazirlik tərəfindən elan edilən  “İKT üzrə ən yaxşı elmi məqalə”, “İKT üzrə ən yaxşı kitab”, “Ən yaxşı elektron dövlət xidməti” müsabiqəsinin qalibləri, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Birlik və müəssisələri arasında ən yaxşı internet resursu” nominasiyası üzrə mükafatlandırma mərasimi keçirilib. 
Müsabiqədə iştirak etmək üçün www.aztelekom.org/iktmusabiqe saytında qeydiyyatdan keçmiş nominantlar nominasiyalar üzrə materiallarını təqdim edib.

Ümumilikdə müsabiqə iki mərhələdə keçirilib.

I mərhələdə nominantlara səsvermə www.aztelekom.org/iktmusabiqe saytında online sistemlə olub.

II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (online səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilib.

Bu məqsədlə keçirilən tədbirdə çıxış edən nazir müavini  Elmir Vəlizadə əlamətdar gün münasibətilə toplantı iştirakçılarını təbrik edib və ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi rabitə və informasiya texnologiyaları sahəsində dinamik inkişaf müşahidə olduğunduğunu qeyd edib. Nazir müavini əlamətdar gün münasibətilə nazirlik tərəfindən müxtəlif tədbirlərin, o cümlədən müxtəlif müsabiqələrin keçirildiyini bildirərək qaliblərə uğurlar diləyib. O müxtəlif nominasiyalarda qalib gələn işlərin İKT-nin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiini vurğulayıb.

Beləliklə nəticələrə görə,

“İKT üzrə ən yaxşı kitab” nominasiyası üzrə

I yerə iki nəfər - “Noise technologies for minimization of damage caused by earthquakes” kitabının müəllifi  akademik Telman Əliyev və "Naqilsiz rabitə texnologiyaları” kitabının müəllifi  Elçin Gözəlov layiq görülüb.

II yeri iki nəfər - “Telekommunikasiya texnologiyaları. İngiliscə-azərbaycanca terminoloji izahlı lüğət”-in müəllifi Xankişi Kişiyev və “İnformasiya təhlükəsizliyinin təşkilati-hüquqi təminatı” kitabının müəllifi Zəfər Cəfərov tutub.

III yerin qalibi  “Kompüter və hesablama sistemlərinin arxitekturası” kitabının müəllifi Etibar Seyidzadə olub.

“İKT üzrə ən yaxşı elmi məqalə” nominasiyası üzrə

 I yerə iki nəfər - “Noice monitoring technology for objects in transition to the emergency state” məqaləsinin müəllifi Qəmbər Quliyev və “Алгоритмический подход к анализу модели обслуживания со скачкообразными приоритетами” məqaləsinin müəllifi Ağası Məlikov layiq görülüb.

II yeri  - “Оценка эффективности передачи мультимедийного трафика абонентским и сетевым терминалом” məqaləsinin müəllifi Bayram İbrahimov və “An analytical approach to the analysis of guard-channel-based call admission control in wireless cellular networks” məqaləsinin müəllifi Mehriban Fəttahov tutub.

III yerin qalibi “Проблема выбора стратегии реализации ИКТ-потенциала инновационных регионов: когнитивный анализ” məqaləsinin  müəllifi Robert Qarayev olub.

“Ən yaxşı elektron dövlət xidməti” nominasiyası üzrə

I yerə “Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı” xidmətinin təklifinə görə Vergilər Nazirliyi;

İI yerə “Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi” xidmətinin təklifinə görə Dövlət Sosial Müdafiə Fondu;

III yerə “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınması” xidmətinin təklifinə görə Dövlət Miqrasiya Xidməti layiq görülüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Birlik və müəssisələri arasında ən yaxşı internet resursu” nominasiyası üzrə

I yeri “Aztelekom” İB;

II yeri “Azərpoçt” MMC;

 III yeri “Azərkosmos”  ASC tutub.

Qaliblər RİTN-nin diplomları və “Azercell”, ”Bakcell”, ”Ultra” və “BestCompGroup” şirkətlərinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?