Modern.az

İŞİD-in 80 silahlısı “Taliban”a təslim olub

İŞİD-in 80 silahlısı “Taliban”a təslim olub

Dünya

24 Noyabr 2021, 22:44

Əfqanıstanın Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının azı 80 üzvü “Taliban”ın təhlükəsizlik qüvvələrinə təslim olub.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Pajhwok” agentliyi məlumat yayıb. 

 

Agentliyin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla verdiyi məlumata görə, terrorçuların kapitulyasıyası qəbilə ağsaqqallarının vasitəçiliyilə baş tutub. Digər təfərrüatlar açıqlanmır.

 

Son üç ay ərzində paytaxt regionu da daxil olmaqla, Əfqanıstanın bir sıra əyalətlərində ard-arda partlayışlar, silahlı hücumlar və atışmalar baş verib. Həm taliblərin, həm də dinc sakinlərin ölümü ilə nəticələnmiş terror hücumlarının bəzilərinə görə məsuliyyəti İŞİD-in bu ölkədəki qruplaşması üzərinə götürüb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal