Modern.az

İsraildən İran dronları ilə bağlı xəbərdarlıq

İsraildən İran dronları ilə bağlı xəbərdarlıq

25 Noyabr 2021, 00:35

“İranın pilotsuz uçuş aparatları ilə hücumu təkcə Yaxın Şərq regionu və beynəlxalq qüvvələr üçün deyil, həm də Avropa və Afrika ölkələri üçün təhlükə yaradır”.

 

Modern.az xəbər verir ki, bu sözləri çərşənbə axşamı İsrailin Herzliya şəhərində keçirilən təhlükəsizlik konfransında ölkənin müdafiə naziri Beni Qantz deyib.

 

O qeyd edib ki, İran regiondan kənarda fəaliyyət göstərir. 

 

“Tehranın əsas vasitələrindən biri pilotsuz uçuş aparatları - minlərlə kilometr məsafədə strateji hədəflərə çata bilən dəqiq silahlar. Bu potensial artıq region ölkələri, Yaxın Şərqdəki beynəlxalq qüvvələr, eləcə də Avropa və Afrika ölkələri üçün təhlükədir”, - deyə Qantz bildirib.

 

Müdafiə naziri İranın cənubundakı Çabahar bölgəsində və Qeşm adasındakı dəniz hədəflərinə və mağazalara hücum etmək üçün istifadə edilən iki əsas dron bazası olduğunu vurğulayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal