Modern.az saytının gerçəkləşdirdiyi layihə çərçivəsində Dünya Biznes Mərkəzində keçirilən tədbirdə millət vəkili, “Dağlıq Qarabağın azərbaycanlı icması” İdarə Heyətini üzvü Rövşən Rzayev qalib tələbələrlə görüşüb və onları təbrik edib, tələbələrlə fikir mübadiləsi aparıb.
Layihə çərçivəsində tələbələr tərəfindən 73 yazı təqdim olunub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Baba Qamətli birinci, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Cahani Nüsrətzadə ikinci, Slavyan Universitetinin tələbəsi Şəhla Samirqızı isə üçüncü yeri tutub.
Bundan başqa deputat ən yaxşı 7 yazı müəlliflərinə də həvəsləndirici mükafat verib.
Ümumiyyətlə, R. Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı yazılan məqalələrin ən yaxşı on yazını mükafata layiq görüb.
Millət vəkili tələbələrlə görüşündə Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpasından danışarkən qeyd edib ki, Azərbaycanın erməni xalqı ilə düşmənçiliyi yoxdur, Ermənistan dövləti və rəhbərliyi ilə düşmənçiliyi var. Eyni zamanda Rövşən Rzayev Azərbaycanın hər zaman Ermənistanla dialoqa hazır olduğunu qeyd edərək bildirib ki, bunun dünyaya çatdırılmasında gənclərin üzərinə böyük məsuliyyət və yük düşür.
“Bəzən görürsən ki, küçədə aparılan sorğularda gənclər çox “piyada” cavab verirlər. Buna görə də tələbələr dərslərini yaxşı oxumalı, bir çox xarici dilləri bilməli, savadlı olmalıdır. Çünki mübarizə apardığımız insanlar çox hiyləgərdir. Onlar heç bir güzəşt haqqında söhbət etməyi belə düşünmürlər”.
Tədbirə qonaq qismində dəvət olunmuş millət vəkili Fuad Muradov tələbələri təbrik edib, onlarla fikir mübadiləsi aparıb.
Deputat eyni zamanda maraqlı təkliflələ də çıxış edib. “İndiyə qədər qalib gəlmiş bütün tələbələri bir yerə yığaq və onları Milli Məclisə aparaq. Onlar görsünlər ki, deputatlar necə işləyir, nə edir. Milli Məclisin böyük kitabxanası var, tələbələr onunla tanış olsunlar”.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sevinc İltifatqızı
Elçin AĞAYEV