Ermənistan parlamenti 2013-cü il üçün dövlət büdcəsini qəbul edib. Modern.az düşmən ölkənin parlamentinin rəsmi saytına istinadən bildirir ki, dövlət büdcəsinin gələn il üçün xərcləri 1 trilyon 152 milyard dram (3 milyard dollar) həcmində müəyyənləşib. Büdcənin lehinə 71 deputat, əlehinə 37 deputat səs verib.
Xatırladaq ki, Azərbaycnın 2013-cü il üçün təsdiq olunmuş büdcəsində təkcə müdafiə xərcləri üçün 1 milyard 528 milyon 582 min 600 manat ayrılması nəzərdə tutulub. Bu isə Ermənistanın dövlət büdcəsinə barəbərdir.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbycan Milli Məclisi 2013-cü il üçün dövlət büdcəsini təsdiq edib. 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon manat, xərcləri isə 19 milyard 850 milyon manat nəzərdə tutulub.
Milli Məclisin spikeri Oqtay Əsədov bu büdcəni “müstəqil Azərbaycanın tarixində ən böyük büdcə” adlandırıb.
X.SƏFƏROĞLU