Modern.az

COVID-19-un yeni ştammı

COVID-19-un yeni ştammı

25 Noyabr 2021, 21:25

Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun (COVID -19) çoxlu sayda mutasiyaya malik yeni variantının aşkar edildiyi bildirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “News 24” məlumat yayıb.

 

Cənubi Afrika və Botsvanada 9 nəfərdə B.1.1.529 adlı yeni COVID-19 variantının aşkar edildiyi bildirilib.

 

Bu virusun Cənubi Afrikadan Honq-Konqa gedən bir şəxsdə aşkarlandığı qeyd olunur.

 

“Auper variant” olaraq xarakterizə edilən B.1.1.529 variantında 32 mutasiya olduğu bildirilib.

 

Mütəxəssislərin fikrincə, hazırkı vaksinlərin bu varianta qarşı effektiv olub-olmadığı hələlik məlum deyil.

 

Bununla belə, az rast gəlindiyinə görə, variantın çox yoluxucu olmayan bir ştamm olduğu ehtimal edilir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal