Modern.az

İki dəfə kliniki ölüm keçirən azyaşlı danışmağa başladı

İki dəfə kliniki ölüm keçirən azyaşlı danışmağa başladı

Aktual

26 Noyabr 2021, 10:05

İki dəfə klinik ölüm keçirən yeniyetmənin vəziyyəti açıqlandı Pomidor turşusunda zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyeva süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.

 

Kliniki Tibbi Mərkəzdən Modern.az-a verilən məlumata görə, həkimlərin iki həftəlik səyi nəticəsində Aytac Mirzəyevanın həyatını xilas etmək mümkün olub.

 

Qeyd edək ki, noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi.

 

Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti isə ağır idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?