Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də Mürvət Həsənliyə məxsus fermadan 8000 ədəd ev quşunu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri Cavanşir Kərimov, Mühəddin Cəbiyev və Zakir Sadıxov tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.