“Baku Steel Company” şirkəti “Yeni Müsavat” qəzetini məhkəməyə verib. “Baku Steel Company” MMC-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki,
son 3 ildə bu qəzetin Azərbaycan metallurgiya sənayesinin inkişafında xüsusi yeri və çəkisi olan “Baku Steel Company” MMC-nin fəaliyyəti barədə yaydığı həqiqətə uyğun olmayan məlumatlar müəssiənin çoxminli kollektivi tərəfindən ciddi narazılıqlarla qarşılanıb.
“Qəzetin 23 noyabr 2012-ci il tarixli 311-ci (5320) sayında dərc edilən “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” sərlövhəli yazı da bu kampaniyanın bariz bir hissəsi olmaqla yanaşı, həm də naşı olduğu qədər də real məsələlərə olduqca qərəzli bir münasibətin nümunəsidir. Məqalədə heç bir jurnalist araşdırması aparılmadan, müvafiq sənədlərə və subutlara istinad edilmədən “Bakı Poladtökmə” ASC-nin və onun İdarə Heyətinin sədri Oqtay Rəfiyevin, o cumlədən “Baku Steel Company” MMC-nin fəaliyyəti barədə yalan, həqiqətə uyğun olmayan məlumat verilmiş və bununla da həm müəssisələrın çoxminli kollektivinin, həm də idarə heyəti sədrinin işgüzar nüfuzuna ziyan vurulmuşdur.
Bu göstərilənləri, faktiki olaraq onlar çox az bir hissədir, nəzərə olaraq müəssisə rəhbərlərı Bakı şəhəri Nizami rayon məhkəməsinə muraciət edərək, işgüzar nüfuza vurduğu zərərə görə “Yeni Müsavat” qəzetinin təkzib verməsini və müəssisələrin xeyrinə 1.000.000 (bir milyon) manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər”-deyə şirkətdən bildirilib.
Modern.az