Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Qarant Sığorta” ASC-nin idarə heyətində yeni təyinatlar olub. Belə ki, şirkətin əməkdaşları Əliyeva Natəvan, Hətəmova Şəfəq və Rəsulov Əhəd 03 dekabr 2012-ci il tarixdən etibarən İdarə Heyətinin üzvləri vəzifəsinə təyin ediliblər. Həmin əməkdaşlar əvvəlki vəzifələrində nümunəvi işçi, peşəkar fəaliyyət və müsbət rəylər əsasında idarə heyətinin üzvləri təyin ediliblər. Bu barədə şirkətdən Modern.az-a verilən məlumatda bildirlib.
“Qeyd olunan əməkdaşlar artıq neçə ildir ki, “Qarant Sığorta” şirkətində çalışırlar. Bu illər ərzində onlar öz vəzifələrində nümunəvi işçi və peşəkar fəaliyyətləri ilə fərqləniblər. Şirkətimiz hər zaman öz işçilərinə böyük dəyər verir, onların karyera imkanları dəyərləndirir və şərait yaradır. Sonuncu müşahidələrimiz onu göstərdiki, həmin əməkdaşlar artıq idarə heyətində öz təcrübələrini artıra bilər, şirkətin inkişafında öz töhfələrini verə bilərlər”, – deyə “Qarant Sığorta” ASC-nin İdarə Heyətinin sədri Fuad Allahverdiyev bildirib. Xatırladaq ki, bundan öncə “Qarant Sığorta” ASC-də Natəvan Əliyeva Zərərlərin Tənzimlənməsi departamentin müdiri, Şəfəq Hətəmova Maliyyə departamentinin müdiri və Əhəd Rəsulov “Mərkəz” filialının müdiri vəzifələrində uzun müddət çalışıblar. “Qarant Sığorta” şirkəti öz fəaliyyətinə 2007-ci il noyabrın 27-də başlayıb. Şirkətin təsisçisi ölkənin ən iri holdinqlərindən biri hesab edilən “ZQAN Holdinq”dir. “Qarant Sığorta” şirkətinin əsas məqsədi cəmiyyətin sığorta haqqında biliyini artıraraq bütün müştərilərə ən keyfiyyətli xidmət təklif etməkdir.