Modern.az

Asim Mollazadə və ARDNŞ-in vitse-prezidenti ABŞ-da olub

Asim Mollazadə və ARDNŞ-in vitse-prezidenti ABŞ-da olub

6 Dekabr 2012, 14:47

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ səfəri zamanı senatorlar Pat Tumile və Kelli Ayottla görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regionda vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, Ermənistanın təcavüzü, regiondakı inkişafa və sülhyaratma prosesinə törədilən maneələr müzakirə edilib.

Asim Mollazadə ABŞ səfəri zamanı konqresmenlər Pit Sesion, Co Uilson və Denni Rehberglə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regiondakı vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və terrorizmlə mübarizədə rolu, Ermənistanın təcavüzü, regiondakı münaqişələrin həlli yolları müzakirə edilib.
Milət vəkili həmçinin Vaşinqtonda keçirilən Azərbaycan Parlamenti günündə iştirak edib. Çox sayda ABŞ senatorlarının və konqresmenlərin qatıldığı tədbir ABŞ-Azərbaycan dostluğu gecəsinə çevrilib. Gecədə millət vəkili senator və konqresmenlərə ABŞ-Azərbaycan münasibətləri, ölkəmizdəki və regiondakı proseslər, Ermənistanın təcavüzü ilə bağlı məlumat verib. Asim Mollazadə Vaşinqtonda həmçinin ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədovla birlikdə «Turkuaz»ın (Turquoise Council of Americans and Eurasians) prezidenti Kamal Öksüzlə görüşüb. Görüşdə Azərbaycanın enerji ilə bağlı layihələri, regiondakı proseslər müzakirə olunub.



Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?