Modern.az

Misir prezidenti tankları küçəyə çıxartdı: 6 ölü, 450 yaralı

Misir prezidenti tankları küçəyə çıxartdı: 6 ölü, 450 yaralı

Təhsil

6 Dekabr 2012, 15:04

Misir prezidenti Məhəmməd Mursi tərəfdarları və müxaliflər arasında iğtişaş baş vermiş küçəyə 3 tank yerləşdirilib. Modern.az ərəb KİV-lərinə istinadən bildirir ki, bundan əlavə, iki zirehli hərbi daşıyıcı da prezident sarayı ətrafına gətirilib. Çərşənbə günündən başlamış iğtişaşlar cümə axşamının ilk saatlarına qədər davam edib.
“Əl-Əhram” qəzetinin  Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumatına görə, prezident sarayı ətrafında baş vermiş iğtişaşlarda 6 nəfər ölüb, 450 nəfər isə yaralanıb.
Heliopolis bölgəsindəki xəstəxanalara səhərə qədər yaralıları gətirməyə davam ediblər.
“Əl-Faqr” qəzetininin jurnalisti Əl-Hüseyni Əbul-Dayf iğtişaşlarda ağır yaralananlar arasında olub. Zəhra xəstəxanasının həkimləri Əbul Dayfın kliniki ölüm vəziyyətində olduğünü bildiriblər.

 
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?