
Uzun fasilədən sonra, nəhayət, Çin də ölkənin birinci xanımını tanıtmağa ehtiyac duydu. Belə ki, Mao Tsze Dunun edam olunmuş arvadından sonra bu ölkədə birinci xanım institutuna qeyri-rəsmi qadağa vardı.
Yeni liderin - Si Tszinpinin həyat yoldaşı Pen Liyuan ictimai məkanda çox geniş fəaliyyəti ilə seçilir. O hətta sənədli filmdə baş sima kimi də görünüb. Film QİÇS/AİDS-ə həsr olunub. Qan köçürmə zamanı bu amansız xəstəliyə yoluxma təhlükəsindən bəhs edən sənədli lentdə Pen Liyuan HİV-li xəstələrdən ibarət uşaqlara musiqi dərsi keçir, habelə xəstə oğlanlardan biriylə futbol oynayır, onun ayaqqabısının bağını bağlayır və s.
Pen Liyuan “mədəni inqilab” zamanı repressiyaya məruz qalmış kommunist ailəsinin yetirməsidir. 1980-ci ildə ordu sıralarında xidmət etməyə başlayıb. Orduda müğənni fəaliyyəti göstərən Pen Liyuan general rütbəsi də alıb.
Si Tszinpinlə tanışlıqları 1986-cı ildə olub və bu zaman gələcək partiya liderinin 33 yaşı varmış. İlk övladları – Si Mintse adlı qız 1992-də doğulub.
2008-ci ildə Pen Liyan peşəkar səhnə həyatı ilə vidalaşıb.
Modern.az