Modern.az

“Azərsu”yun “qaynar xətt”inə edilən şikayətlərin sayı açıqlandı

“Azərsu”yun “qaynar xətt”inə edilən şikayətlərin sayı açıqlandı

6 Dekabr 2012, 17:15


2012-ci ilin noyabr ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  955 nömrəli “Qaynar xətt”inə 812 müraciət daxil olub. Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müraciətlərin əksəriyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan vətəndaşlar tərəfindən edilib.  Daxil olan müraciətlərin 430-u və ya 53 faizi su xətlərində baş vermiş qəzalarla, digər müraciətlər isə  içməli suyun gəlməməsi (199) və kanalizasiya problemləri ilə bağlı (182) olub.  

Ümumilikdə cari ilin yanvar-noyabr aylarında “qaynar xətt”ə  abunəçilər tərəfindən 8328 müraciət daxil olub. Müraciətlərin təqribən 44,6 faizi və ya 3711-i su xətlərindəki qəzalarla bağlıdır.  Ötən 11ay ərzində “Azərsu” ASC-nin “qaynar xətt”inə içməli suyun verilməməsi ilə əlaqədar 3262, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 1294 zəng daxil olub. Hesabat dövründə suyun təzyiqi ilə bağlı 44, tərkibi ilə əlaqədar isə abunəçilər tərəfindən cəmi 12 müraciət daxil olub.

“Daxil olan müraciətlərin hamısı  ətraflı araşdırılıb və müvafiq tədbirlər görülüb. Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğaclaşma və ödəniş məsələləri ilə  bağlı “qaynar xətt”ə edilən müraciətlər yerli Sukanal idarə və departamentlərinə yönləndirilir.
“Azərsu” ASC bir daha bəyan edir ki, “qaynar xətt”ə edilən müraciətlər Səhmdar Cəmiyyətin müvafiq strukturları tərəfindən araşdırılır və problemlərin həlli istiqamətində operativ tədbirlər görülür”-deyə qurumdan bildirlib.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?