Modern.az

Nuşirəvan Məhərrəmli: “Baş Prokurorluqda yaradılan komissiya senzura deyil”

Nuşirəvan Məhərrəmli: “Baş Prokurorluqda yaradılan komissiya senzura deyil”

6 Dekabr 2012, 17:27

“Televiziya kanallarında yayımlanan kriminal verilişlər və xəbərlərlə bağlı yaradılan xüsusi komissiyanın fəaliyyəti senzura deyil, burada senzuradan söhbət gedə bilməz. Xüsusi komissiyanın yaradılması televiziyaların fəaliyyətinə müdaxilə də deyil”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, bu proses qanuna uyğun şəkildə həyata keçirilir.

“Kriminal verilişlər, cinayətlə bağlı Teleradio Şurasının tövsiyələri var ki, bu tip proqramlar gecə saat 11-dən sonra göstərilməlidir və buna da əməl olunur. Bildiyiniz kimi, uşaqlar bizim daim diqqətimizdədir, onlara bunun təsir etməməsi üçün biz belə tövsiyələrimizi televiziyalara bildiririk və onlar da buna əməl edir. Amma bəzi kanallarda məhkəmə qərarları olmadan şəxsin cinayətkar kimi təqdim olunması və ya yetkinlik yaşına çatmayanın üzünü göstərilməsi, adının çəkilməsi kimi qanun pozuntularına rast gəlinir və bu, prokurorluq tərəfindən aşkar edilir. Prokurorluq bu məsələləri araşdıra bilər, amma cəzaların verilməsi sırf Milli Teleradio Şurasına aiddir”.  

Bu komissiyanın yaradılmasına gəlincə isə, N.Məhərrəmli qeyd edib ki, “yaradılan istənilən komissiya işimizə xeyir verirsə, biz onun fəaliyyətini qəbul edirik”.  

Qeyd edək ki, APA-nın məlumatına görə, Baş Prokurorluqda televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı xüsusi komissiya yaradılıb. Komissiya hökumətin göstərişi ilə formalaşdırılıb.  

Aytən Əliyeva
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?