Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev Rumıniyada keçiriləcək parlament seçkilərini izləmək üçün dekabrın 7-də Buxarest şəhərinə səfər edəcəklər. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, millət vəkilləri ATƏT Parlament Assambleyasının müşahidə missiyasının tərkibində seçkilərə qatılaraq prosesin gedişatına, seçicilərin fəallığına, prosedur qaydalara riayət olunmasına diqqət yetirəcəklər.
Sonra dekabrın 10-da Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Deputatımız burada mərhum prezident Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edəcək.
Səfər dekabrın 13-də başa çatacaq.
Anar