Modern.az

Yaponiya da sərhədləri bağlayır

Yaponiya da sərhədləri bağlayır

Aktual

29 Noyabr 2021, 11:42

Sabahdan etibarən Yaponiya koronavirusun yeni “Omicron” ştammına görə ölkə sərhədlərini bağlayacaq.

 

Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda Yaponiyanın Baş naziri Fumio Kişida məlumat verib.

 

Bu qadağa ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşlara şamil olunmayacaq.

 

Qeyd edək ki, koronavirusun “Omicron” ştammının Cənubi Afrika Respublikasından Avropa ölkələrinə səyahət edən şəxslər tərəfindən yayıldığı bildirilib. Bir sıra Avropa ölkələri yeni ştammı təsdiqləyiblər. Yaponiyadan öncə İsrail iki həftəlik ölkə sərhədlərini bağladığını elan edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?