“Dağlıq Qarabağ problemin həll edilməsi istiqamətində işlərimizə davam edəcəyik”.Bu fikiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT xarici işlər nazirlərinin Dublində keçirilən toplantısında bildirib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Lavrov Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Rusiyanın bu istiqamətdə mövqeyinin dəyişməz olduğunu bəyan edib.
“Rusiya ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bərabər Dağlıq Qarabağ problemin həll edilməsi istiqamətində işlərinə davam edəcək. Biz bu məsələnin yalnız sülh yolu ilə həlli mümkün sayır”, deyə Lavrov açıqlayıb.
Qeyd edək ki, ATƏT xarici işlər nazirlərinin növbəti yığıncağı İrlandiyanın paytaxtı Dublində keçirilib. Toplantıda 70-dən çox ölkənin xarici işlər naziri və nümayəndələri iştirak edib.
Anar RÜSTƏMOV