ABŞ-ın ən böyük hərbi gəmisi “Eysenhover”-in Suriya sərhədlərinə doğru hərəkət edib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəsmi Vaşinqtonun Suriyaya yaxın günlərdə hərbi müdaxilə edəcəyi gözlənilir.
Gəminin səkkiz hərbi təyyarə və səkkiz min hərbiçi ilə Suriyaya yan alması ciddi narahatlığa səbəb olub. ABŞ-ın Suriyaya hərbi müdaxiləyə qərar verəcəyi an on əsgər, 27 hərbi gəmi, 70 hərbi təyyarə ilə əməliyyata başlayacağı bildirilir. Eyni zamanda gəmilərdə müdafiə xarakterli raketlərin də olması qeyd edilib. Adının açıqlanmasını istəməyən amerikalı rəsmi ABŞ-ın mövqeyinin haqlı olduğunu vurğulayıb.
Aqşin