Modern.az

Dəmiryolunda kassir sistemi ilə bilet satışı tam ləğv olunur

Dəmiryolunda kassir sistemi ilə bilet satışı tam ləğv olunur

7 Dekabr 2012, 12:03

“Sərnişinlər biletləri onlayn vasitəsilə aldığı üçün dəmir yollarında kassirlər ləğv olunur”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov deyib. O qeyd edib ki, proqnozlaşdırıldığı kimi əhalinin 30%-i biletlərin elektron satışına üstünlük verib.

  “Biz də bu  yaxınlarda belə bir qərar qəbul etmişik ki,  biletlərin satışı ilə əlaqədar müəyyən rayon mərkəzlərində dəmiryolu kassaları ləğv olunsun. Artıq kassalara ehtiyac yoxdur, çünki hətta rayonlarda da online sistemdən istifadə edilir. Nəticədə kassirlər də ixtisara salınır”.  

Gültəkin Ələsgər
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?