Modern.az

DİN: “Səfirliklərlə bağlı zəruri olan bütün tədbirlər görülür”

DİN: “Səfirliklərlə bağlı zəruri olan bütün tədbirlər görülür”

7 Dekabr 2012, 14:18

Bir müddət əvvəl Amerikanın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza mətbuata bildirib ki, Azərbaycanda səfir olduğu müddətdə Azərbaycanın Amerikadakı səfirliyi  daim terror təhlükələri ilə üzləşib : “Terrorçular İsrail və ABŞ diplomatları qətlə yetirmək istəyirdilər. O zaman anladım ki biz bu təhdid qarşısında necə aciz qala bilərik”.

Maraqlıdır ki, keçmiş səfirin belə bir fikir söyləməsi nədən irəli gəlir? Səfirliklərin mühafizəsi hansı dərəcədə təşkil olunub?

Məsələ ilə bağlı Modern.az Daxili İşlər Nazirliyinin rəsmisi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, səfirliklərin mühafizəsi üçün lazımı tədbirlər görülür:

“Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpuslar və diplomatik korpus nümayəndələrinin təhlükəsizliyinin təmin olunması üçün daxili işlər orqanları tərəfindən zəruri olan bütün tədbirlər görülür. Əvvəllər də bu tədbirlər görülüb və indi də görülür”, – deyə nazirlik rəsmisi qeyd edib.  

Nihadə Eyyubova  
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?