Modern.az

Bakıda bina partladı: xəsarət alan var

Bakıda bina partladı: xəsarət alan var

7 Dekabr 2012, 14:28

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda qamışdan ibarət ikimərtəbəli yaşayış binasında partlayış olub. Nəticədə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan üçotaqlı mənzilin mətbəxinin əsas divarları və 3 otağının tavanı və 1-ci mərtəbəsində digər vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan üçotaqlı mənzilin 2 otağının əsas divarları dağılıb, mənzildə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıbdır.

Xəsarət alan şəxs xəstəxanaya aparılıb. Hadisə zamanı yanğın olmayıb. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədər müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?