Modern.az

Sumqayıtda faciə: 6 nəfər yol qəzasında öldü

Sumqayıtda faciə: 6 nəfər yol qəzasında öldü

7 Dekabr 2012, 14:35

Sumqayıt şəhərində ağır yol nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 7-də saat 04.00 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakinləri Qorxmaz Niftaliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınlar toqquşub. Nəticədə Q.Niftəliyev və sərnişiləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölüb, xəsarət almış G.Cəlilov və digər sərnişinləri - Rusiya  Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.

DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?