Modern.az

Əfqanıstan səfirliyi Azərbaycana başsağlığı verdi

Əfqanıstan səfirliyi Azərbaycana başsağlığı verdi

Aktual

1 Dekabr 2021, 13:20

Əfqanıstan səfirliyi hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

 

Bu barədə Modern.az-a Əfqanıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

 

"Əfqanıstan Səfirliyi Əfqanıstan xalqı adından Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığını ifadə edir, yaralıların tezliklə sağalmalarını arzulayır. Bu çətin anlarda dost və qardaş Azərbaycan xalqının yanında olduğumuzu bildiririk", səfirlik bildirib.

 

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

 

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular