Modern.az

Müxalifət Hacıbala Abutalıbovu məhkəməyə verir

Müxalifət Hacıbala Abutalıbovu məhkəməyə verir

7 Dekabr 2012, 16:19

İctimai Palata Bakı şəhər İcra Hakimiyyətini 10 dekabr aksiyasına icaz vermədiyi üçün məhkəməyə verəcək. Bu barədə Modern.az-a Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin hazırladığı cavab məktubu heç bir qanuna və məntiqə əsaslanmır. Bu baxımdan cavab məktubu qanuni hesab edilə bilməz. Məsələnin hüquqi tərəfi araşdırıldıqdan sonra məhkəməyə müraciət olunacaq.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın dekabrın 10-a təyin etdiyi aksiyanın Milli Məclisin binasının qarşısında keçirilməsini məqsədəuyğun hesab etməyərək müxalifətə  aksiya keçirməyə icazə verməyib.

Anar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?