Modern.az

Nigar Yaqublunun məhkəməsi dekabrın 12-nə təxirə salındı

Nigar Yaqublunun məhkəməsi dekabrın 12-nə təxirə salındı

7 Dekabr 2012, 17:16

Müsavat Partiyasının üzvü Nigar Yaqublunun məhkəmə prosesi hazırda davam edir. Gənc fəalın atası, Müsavat başqanı müavini Tofiq Yaqublunun Modern.az-a verdiyi məlumata görə, məhkəmə prosesində hazırda fasilə elan edilib. T.Yaqublu bildirib ki, böyük ehtimalla məhkəmə bu dəfə də Nigar Yaqublunu yenə həbsdə saxlayacaq.

“Hazırda məhkəmədə fasilədir. Nigar Yaqublu barəsində yenə həbs qəti-imkan tədbirinin dəyişilməsi vəsatəti təmin edilmədi. Hazırda vəkillər Nigarın istintaqını aparmış Rafiq Həsənovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət veriblər. Hakimlər arasında müşavirə gedir. Vəkillət vəsatət qaldırdılar ki, Nigar haqqında yalan məlumat yayan müstəntiq şahid qismində dindirilməlidir. Hakim də çaş-baş qalıb."

***

Müsavat Partiyasının gənc üzvü Nigar Yaqublunun məhkəmə prossesi təxirə salınıb. Tofiq Yaqublunun Modern.az- verdiyi məlumata görə, növbəti məhkəmə prossesi dekabrın 12-də saat 14:00-da keçiriləcək.

Qeyd edək ki, N.Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?