Modern.az

Moskva Dövlət Universiteti ilk dəfə azərbaycanlı riyaziyyatçının kitabını çap edib

Moskva Dövlət Universiteti ilk dəfə azərbaycanlı riyaziyyatçının kitabını çap edib

7 Dekabr 2012, 17:43

Bu günlərdə Lomonosov adına Moskva Dövlət Universitetinin elmi nəşriyyatı Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Nadir Süleymanovun «Вероятность, целые функции и оценки типа Вимана-Валирона для эволюционных уравнений» adlı iri həcmli monoqrafiyasını nəfis şəkildə çapdan buraxıb.

Dekabrın 5-də AMEA-ın Riyaziyyat və Mexanika İnstitutunda həmin monoqrafiyanın təqdimatı keçirilib. Monoqrafiya əsasən müəllifin Moskva Dövlət Universitetində müdafiə etdiyi doktorluq dissertasiyası əsasında yazılıb.
Bu monoqrafiya MDU-da çap olunan ilk azərbaycanlı riyaziyyatçı alimin kitabıdır. Monoqrafiya müasir keyfiyyət nəzəriyyəsində tamamilə yeni bir perspektivli elmi istiqamət açır. Viman-Valiron tipli qiymətlənmə məsələnin həllinin başlanğıc və ya sərhəd şərtlərinin məxsusiyyətləri ətrafında həllin özünü necə aparması haqqında informasiya verir və analitik funksiyalar ilə həllin xassələri arasında dərin analogiyalar yaradır. Bu nəticələr üçün model rolunu tam funksiyalar üçün Viman–Valironun və Rozenblumun aldıqları klassik nəticələr oynadı.
Tənliklər üçün analoji nəzəriyyə ilk dəfə burada qurulur. Alınmış elmi nəticələr özünün gözlənilməz olması ilə diqqət çəkir. Müəllifə qədər bu cür qiymətlənmələr məlum deyildi. Burada ilk nəticələr alınıb.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?