Modern.az

Mübariz Qurbanlı YAP-ın siyasi blok yaradıb, yaratmayacağından danışdı

Mübariz Qurbanlı YAP-ın siyasi blok yaradıb, yaratmayacağından danışdı

8 Dekabr 2012, 09:05

“Yeni Azərbaycan Partiyasının 2013-cü il prezident seçkisindəki yeganə namizədi cənab prezident İlham Əliyev olacaq. YAP hər hansı siyasi blok yaratmayıb və bundan sonra da belə şeyin olacağını güman etmirəm”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı 2013-cü ilin prezident seçkisində YAP-ın digər siyasi partiyalarla blok yaradıb, yaratmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

YAP-çı deputat onu da qeyd edib ki, bu vaxta qədər siyasi birlik təşkil etmək gündəmə gəlməyib. O, YAP-la eyni blokda olmayan bir çox siyasi qurumların, ictimai təşkilatların da əvvəlki illərdə olduğu kimi, prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama