“İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin bir sıra mallara tələbatının artmasını nəzərə alaraq istehlak bazarında nəzarət tədbirlərini gücləndirəcək”.
Bu sözləri Modern.az-a açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev bildirib. O qeyd edib ki, istehlak bazarında aparılan nəzarət tədbirləri bayramqabağı və bayram günlərində davam etdiriləcək.