Ermənistanda prezident seçkilərinin vaxtı müəyyənləşib. Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, prezident seçkiləri gələn il fevralın 18-ə təyin olunub. Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tiqran Mukuçyan bildirib.
Qeyd edək ki, Ermənistan Seçki Məcəlləsinə görə, prezidentin vəzifəsi başa çatdıqdan 50 gün müddətinə seçkilər keçirilməlidir.