Bakı Metropalitenin “28 May” stansiyasının yenidən qurulmasına başlanılıb. Bu barədə Modern.az-a Bakı Metropalitenin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Bakı Metropalitenin “28 May” stansiyasının rekonstruksiya işlərinə başlanılması ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə Bakı Metropoliteninin rəhbərliyi sərnişinlərdən üzr istəyir.
Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilən Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.