Modern.az

Gəncədə ağır qəza: ölənlər var

Gəncədə ağır qəza: ölənlər var

5 Dekabr 2021, 15:16

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.

 

Belə ki, “Mercedes” markalı, 16 BC 320 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

 

Hadisə nəticəsində iki nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI