Bakı Zooparkında heyvanları qışa hazırlığının necə aparıldığını müşahidə etmək üçün “Gənclik” ərazisində yerləşən heyvanat parkında olduq. Hamıya məlum olduğu kimi, dekabr ayı keçən illə müqayisədə çox mülayim keçir. Havanın belə xoş keçməsindən Zooparkdakı heyvanlar da maksimum yararlanmağa çalışır. Ərazidə olduğumuz zaman havaların mülayim keçməsi ilə əlaqədar heyvanların yaxşı dincəldiyini müşahidə etdik. Bundan başqa Zooparkdakı heyvanların hər gün ziyarətçiləri də olur. Burada əsasən kiçik yaşlı uşaqlarla gələn valideynləri görmək mümkündür.
Bakı Zooparkının direktoru Azər Hüseynov Modern.az-a açıqlamasında qışa tam hazır olduqlarını dedi. Direktor bildirdi ki, heyvanlar üçün tam olaraq yem bazası tədarük olunub. “Arpa, buğda, qarğıdalı, yonca, darı və başqa yem tədarükü görülüb. Qış vaxtı yemlə bağlı heç bir problemimiz olmayacaq. Heyvanların yerləri təmir olunub, istilik sistemləri qoşulub. Bu gün işıq-qaz kəsilməsə, problemimiz yoxdur”. Digər illərlə müqayisədə Zooparkda heyvanların növ baxımdan sayında artım var idi. Yeni heyvanların gətirildiyini müşahidə etdik. A.Hüseynov yeni gətirilən heyvanların adaptasiya dövrünü keçdiyini dedi.Artıq 2012-ci il tamamlanmaqdadır. Qarşıdan 2013-cü il gəlir. Zooparkın müdiri gələn il üçün olan planları barədə də danışdı: “2013-cü ildə müqavilələrimizin üstündə işləyirik. İstəyirik ki, qonşu Gürcüstandan lama, bir neçə növ meymun, manqust və bir sıra başqa heyvanları mübadilə ilə zooparkımıza gətirək”.
| ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
![]() | ||||||||
| ||||||||
![]() | ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
| ||||||||
![]() |
Anar Kəlbiyev
Foto: Elçin Ağayev