Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

6 Dekabr 2021, 22:48

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 187 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində yazıb.

 

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 354 269 nəfərin test edildiyi, 20 033 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 611 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci,ikinci və üçüncü mərhələ daxil 121 042 428 peyvənd tətbiq edilib ki, bunun 90,86 faizi birinci, 81,68 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI