Modern.az

Bəzi rayonlarda sabah qar yağacaq

Bəzi rayonlarda sabah qar yağacaq

Təhsil

10 Dekabr 2012, 14:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə sabah Bakıda və Abşeron yarımadasında  hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah  arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozlara əsasən dekabrın  11-dən 13-dək Abşeron yarımadasnda iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amildir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış