Modern.az

Bu ölkədə intihar etmək istəyənlərin “Asan ölüm”ünə icazə verildi

Bu ölkədə intihar etmək istəyənlərin “Asan ölüm”ünə icazə verildi

Aktual

7 Dekabr 2021, 16:56

İsveçrə hökuməti intihar etmək istəyənlər üçün nəzərdə tutulan xüsusi kapsulların istifadəsinə icazə verib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki,  kapsullar “Exit International” şirkəti tərəfindən hazırlanır.

Sözügedən kapsullar 3D printerdə çap olunur. İstifadə zamanı baş verən ölüm halı çərçivəsində həkimin mütləq iştirakını tələb edən müəyyən maddələrin müdaxilə ehtimalını aradan qaldırır. İntihar etmək üçün nəzərdə tutulmuş bu cür kapsullardan istifadə zamanı psixoloqdan xüsusi icazə almağa ehtiyac olmayacaq.

“Asan ölüm” prosesi təkcə klinikaların divarları arasında deyil, həmçinin təbiət qoynunda da reallaşa bilər. 2020-ci ildə İsveçrədə 1300 nəfər insan leqal və könüllü şəkildə “asan ölüm” vasitəsilə intihar edib.

Qeyd edək ki, bu preparatın istehsalı və dövriyyəsi Azərbaycanda və digər ölkələrdə ciddi şəkildə nəzarətdədir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?